Xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində seçilən həbs-qəti imkan tədbirindən apellyasiya şikayəti verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “TASS”a Paşayevin noyabrın 15-dək həbsi barədə qərar çıxaran Moskva Qarnizonu Hərbi Məhkəməsindən məlumat verilib.
“Paşayevin şikayəti məhkəmədə qeydə alınıb”, – deyə mənbə bildirib.
Xatırladaq ki, sentyabrın 18-də hərbi məhkəmə vəkil Elman Paşayevi iki ay müddətinə istintaq təcridxanasına göndərib. Məhkəmə mətbuata qapalı keçirilib.
Müşviq Tofiqoğlu,
Globalinfo.az














