“Dayəsinin qayınatası 5 yaşlı qızıma təcavüz edib” – BAKIDA DƏHŞƏTLİ OLAY

“Dayəsinin qayınatası 5 yaşlı qızıma təcavüz edib” – BAKIDA DƏHŞƏTLİ OLAY

Bakıda 5 yaşlı qızının seksual xarakterli qısnamaya məruz qaldığını bildirən qadın polisə müraciət edib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, müraciət Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə daxil olub.

Şikayətçi G.Qasımova ərizəsində bildirib ki, dekabrın 13-də 5 yaşlı qızını dayəsi Ş.Namazlının evinə qoyub. Həmin ünvanda dayənin qayınatası azyaşlıya qarşı seksual xarakterli hərəkətlər törədib.

Araşdırmalar nəticəsində həmin şəxsin 1948-ci il təvəllüdlü A.Məmmədov olması müəyyən edilib.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

Malik
Globalinfo.az