Tbilisi hərbi müdaxilə haqda qərarını elan edəcək – Tarix

Tbilisi hərbi müdaxilə haqda qərarını elan edəcək - Tarix

Gürcüstan Baş naziri İrakli Kobaxidze sentyabrın 25-də BMT Baş Assambleyasında ölkəsinin güc tətbiq edilməməsi barədə razılaşmanı imzalamağa hazır olacağını elan edəcək.

Globalinfo.az xəbər verir ki, bu məlumatı müxalif “Formula” televiziyası yayıb.

Televiziya həmçinin açıqlayıb ki, Gürcü Arzusunun fəxri rəhbəri Bidzina İvanişviliyə ABŞ-ın baş nazir İrakli Kobaxidzeni qəbul etməyəcəyi barədə şəxsən məlumat verilib. Buna görə də Gürcüstanın öz səfirini Vaşinqtondan geri çağıracağını bildirilib.

Qeyd edək ki, Moskva və separatçı rejimlər Abxaziya ilə Cənubi Osetiya uzun illərdir Gürcüstandan üzərinə güc tətbiq edilməməsi barədə hüquqi öhdəlik götürməsini tələb edirlər.

Əliyar Xəlil
Globalinfo.az