Zelenski “qələbə planı”nı açıqladı – Qaleotti “əbədi müharibə” dedi

Zelenski "qələbə planı"nı açıqladı - Qaleotti "əbədi müharibə" dedi

“Ukrayna Prezidenti Vladimir Zelenski özünün “qələbə planı”nı Vaşinqtonda təqdim etməyə hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “The Times” qəzetinin icmalçısı Mark Qaleotti çıxış edib.

Qaleottinin sözlərinə görə, Zelenski Qərbin onu bundan sonra da dəstəkləməsini istəyir. Adının çəkilməsini istəməyən alman diplomat buna şübhə ilə yanaşır:

“Biz bilmirik ki, o, ruslar üzərində qələbə qazanacaq ya yox, amma böyük ehtimalla o və digərlərinin məqsədi bizi daimi olaraq hazırlıq vəziyyətində saxlamaqdır”.

Qaleotti həmçinin yazır ki, Qərb Ukraynadan yorulub və artıq müharibəni hətta “ən pis sülh” hesabına olsa belə, bitirmək təəssüratları artır. Bununla belə, hələlik Qərbdəki müttəfiqlərin müharibəni necə bitirməklə bağlı vahid fikrinin olmadığı vurğulanıb:

“Bu ziddiyyətləri həll etmək yerinə, Qərb boş sözlər ardında gizlənərək deyir ki, Ukrayna özü müharibəni bitirməyə qərar verməlidir. Öz aralarındakı fikir ayrılığını həll etməklə bağlı onlar hələ də razılığa gələ bilmirlər”.

Qaleotti qeyd edir ki, hətta Ukraynanın ən açıq müttəfiqləri belə Kiyevin işğal edilmiş torpaqlarını hərbi yolla qaytaracağına şübhə edir:

“Ukrayna ərazi itkilərini tanımaqdan imtina etsə, konflikt əbədi müharibəyə çevriləcək. Müəyyən andan sonra tükənmə başlayacaq və hərbi konflikti sərt döyüşlər və müvəqqəti atəşkəslər arasında var-gəl edəcək, amma o bitməyəcək”.

Əliyar Xəlil
Globalinfo.az