Tbilisi 7 addımla “vurulacaq”: Hesabat yayıldı

Tbilisi 7 addımla "vurulacaq": Hesabat yayıldı

Gürcüstanın qeyri-hökumət təşkilatlarının bir qismi Avropa İttifaqı (Aİ) ilə vizasız rejimin dayandırılmasını tələb edirlər.

Globalinfo.az xəbər verir ki, bu məlumat “Makkeyn İnstitutu”nun hesabatında yer alıb.

Gürcüstan QHT-ləri bununla seçicilərə Gürcü Arzusu Partiyasına səs verməyin nəticəsini nümayiş etdirəcəklərini  vurğulayıblar. Hesabatda həmçinin ABŞ və Aİ-nin Gürcüstan seçkiləri ərəfəsində atmalı olduğu 7 addım yer alıb. Bunlar sırasında ittifaqın Gürcü Arzusu Partiyasının liderlərinə sanksiya tətbiqi, partiyaya şəffaflıq barədə öhdəliklərini xatırlatmaq üçün ABŞ Konqresində qanunverici aktın irəli sürülməsi, ayrı-ayrı rəhbərlər, həmçinin Bidzina İvanişviliyə qarşı Vaşinqtonun şəxsi və maliyyə sanksiyalarının tətbiqi, KİV-lərə maliyyə dəstəyinin artırılması yer alıb.

Qeyd edək ki, Gürcüstan xarici agentlər haqqında qanunu qəbul etməsi onun Qərblə münasibətlərini pozub. ABŞ artıq Gürcüstanın iki məmuruna sanksiya tətbiq edib. Vaşinqton həmçinin 60 gürcüstanlının ölkəyə girişinin məhdudlaşdırılması üzərində çalışır.

Əliyar Xəlil
Globalinfo.az