Putin bununla bağlı zarafat etdi – Lavrov

Putin bununla bağlı zarafat etdi - Lavrov

Rusiya Prezidenti Vladimir Putinin ABŞ-da prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəkləməsi ilə bağlı sözləri sadəcə zarafatdır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Prezident Vladimir Putin zarafat etdi. Onun yaxşı yumor hissi var”, – deyə XİN rəhbəri bildirib.

Lavrov qeyd edib ki, Rusiya lideri ictimai çıxışlar zamanı dəfələrlə zarafatlar səsləndirir.