photo 2024 07 28 01 21 34

Afrikanın şimalında yerləşən Sahara səhrasındakı Tin-Zavaten döyüşü Rusiyanın “Vaqner” Qrupunun bu qitədəki ən ağır məğlubiyyəti idi.

Globalinfo.az xəbər verir ki, separatçı Tuareq üsyançıları radikal islamçı döyüşçülərlə birlikdə Malinin şimalındakı Tin-Zavaten yaxınlığında “Vaqner” rus qrupunun 67 muzdlusunu məhv edib.

Fransanın “FRANCE 24” telekanalı Vaqner döyüşçülərinin cəsədlərinin görüntülərini əks etdirən kadrları yayımlayıb

“Bu, Rusiyanın muzdlu qruplaşması olan “Vaqner”in Afrikada fəaliyyət göstərdiyi vaxtdan bəri ən böyük məğlubiyyəti idi. Onlar Tuareq üsyançıları tərəfindən pusquya salındıqdan sonra üç günlük gərgin döyüşlər zamanı öldürülüb. Qalan silahlılar  isə islamçı qüvvələri tərəfindən hücuma məruz qalıb. Döyüşün bir anını “Vaqner” döyüşçülərindən olan Nikita Fedyanin özü lentə alıb. Üsyançılar öldürülən “Vaqner” qüvvələrinin üzərindəki telefonları və GoPro kameralarını götürüblər”, – deyə telekanal vurğulayıb.

Məlumata görə, “Vaqner” döyüşçüləri Mali hökumət qüvvələrinə dəstək vermək məqsədilə döyüş mövqeyinə doğru irəliləyib. Lakin onların bu planı Tuareq üsyançılarının gözlənilməz hücumu ilə alt-üst olub.

Qeyd edək ki, Tuareqlər bir əsrdən artıqdır Afrikada müstəqil dövlət qurmaq uğrunda mübarizə aparan qədim tayfadır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: