Dövlət Suverenliyi Günü ilə bağlı mühüm detal: Sərəncamın preambulasında nə yazılıb?

Dövlət Suverenliyi Günü ilə bağlı mühüm detal: Sərəncamın preambulasında nə yazılıb?

Prezident İlham Əliyev Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Artıq hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Bu təqvim hansı xüsusiyyətləri özündə daşıyır? Əhəmiyyətinə görə 28 may müstəqillik günündən öndə olacaq? Bu təqvim gələn ildən qeyri-iş günü olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Arzu Nağıyev deyib ki, bu çox mühüm sərəncamdır:

“Sərəncamın preambulasında hansı səbəbdən prosesin baş tutduğu açıq şəkildə qeyd edilib. Azərbaycanın müstəqilliyini tam şəkildə bərpa etdiyi bir gündə belə bir sərəncamın verilməsi, adının Dövlət Suverenliyi Günü kimi təsis edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müstəqil bir dövlətdir. 1991-ci ildə SSRİ-dən ayrıldıqdan sonra öz müstəqilliyini bərpa edib.

Dövlət Suverenliyi Günü ilə bağlı mühüm detal: Sərəncamın preambulasında nə yazılıb?

Arzu Nağıyev

Müstəqillik Günü dövlətin yaranması ilə bağlıdır. Müstəqillik Gününün bərpası ilə bağlı da belə bir sərəncam var. Azərbaycan öz müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra imzalanmışdı”.

A.Nağıyevin sözlərinə görə, antiterror əməliyyatları nəticəsində separatçıların, terrorçu qrupların ölkəmizdən tam formada çıxarıldığı, rəhbərlərinin həbs edildiyi bu tarix çox mühümdür:

“Hər bir Azərbaycan vətəndaşının ürəyincə olan məsələdir. Sözügedən iki tarix bir-biri ilə müqayisə edilməməlidir. Suverenlik günü tamamilə fərqlidir. Qeyri-iş günü elan edilib-edilməməsi də Nazirlər Kabinetindən verilən qərara əsasən məlum olacaq”.

Safura Bənnayeva
Globalinfo.az