1652035385.saakasvili cerima

“Gürcüstanda çox maraqlı proseslər baş verir. Bütün rəy sorğularına görə, Gürcüstanda seçkilərdə indiki hakimiyyət qalib gələcək”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Stepan Danielyan Gürcüstandakı siyasi prosesləri və onların Ermənistana mümkün təsirlərini şərh edərkən deyib.

“Gürcüstandakı seçkilərlə 2021-ci ildə Ermənistanda keçirilən seçkilərdə oxşarlıqlar var. O zaman Gürcüstanda cəmiyyət (keçmiş və indiki hakimiyyəti dəstəkləməklə) iki hissəyə bölünmüşdü. Keçmişin simvolu isə Saakaşvili idi. Bu seçkilərdə də ən böyük zərbə Saakaşviliyə dəyəcək. Çünki o həbsdədir və seçkidə iştirak edə bilmir. Bu baxımdan Gürcüstanda çox maraqlı proseslər gedir. Gürcüstanın Avropa Birliyinə doğru getməsi müəyyən baxımdan şübhə altına alınır. Bütün rəy sorğularına görə, Gürcüstanda seçkilərdə hakim qüvvə qalib gələcək. Xüsusilə də regionlarda onların təsiri böyükdür. Yaş faktoru da çox mühüm rol oynayır. Belə ki, 40-50 yaşdan yuxarı insanlar fərqli düşünür, 18-25 yaşlı insanlar isə daha çox avropapərəst düşüncə tərzinə malikdirlər. Bu, gərginliyə gətirib çıxaracaq. Odur ki, seçkilərdən sonra müəyyən gərginliyin yaranması təhlükəsi var və bunu maraqlı xarici qüvvələr edə bilər. Bu baxımdan, Gürcüstanda seçkilər keçirilməyənə və nəticə açıqlanmayana qədər Ermənistanın Aİ-yə üzvlüyündən danışmaq ciddi deyil”, – politoloq vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: