cd0491b9 e04f 3c77 9cde 1bbd7a519a28 850

“Bizim regional və Qərb siyasətimiz bir-birinə qarşı yönəlməyib, balanslaşdırılıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Balanslaşdırılmış siyasət həm regional, həm də qeyri-regional tərəfdaşlarımızla bərabər işləmək deməkdir. Biz həm Qərblə, həm də uzaq Asiya ölkələri olan Çin, Yaponiya və Cənubi Koreya ilə əməkdaşlıq edirik”, – Təhlükəsizlik Şurasının katibi bildirib.

“Əvvəllər Ermənistanın təhlükəsizlik sisteminin mexanizmi belə idi. Təhlükə yarananda dərhal Moskvaya zəng etmək lazım gəlirdi. Başqa variant və ya mexanizm yox idi. Amma indi belə deyil. Qərarları özümüz qəbul edirik”, – deyə Qriqoryan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: