Britaniya ABŞ-ın razılığı olmadan Ukraynaya Rusiya ərazilərinin vurulması üçün “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzet yazır ki, ABŞ-ın sözügedən raketin hazırlanmasında payı olduğu üçün Britaniya bu məsələdə təkbaşına hərəkət etmək niyyətində deyil. Həmçinin Londonun tezliklə Vaşinqtondan icazənin veriləcəyinə ümid etdiyi bildirilir:
“Prezidet Co Bayden administrasiyasında həmin raketlərdən istifadə ilə bağlı fikir ayrılığı yaranıb. Mənbələrin məlumatına görə, dövlət katibi Entoni Blinkenlə prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın yanaşması üst-üstə düşmür.
Qeyd edək ki, bundan öncə Rusiya Qərb raketləri ilə ərazisinin vurulacağı təqdirdə, NATO-nun da müharibədə tərəf kimi qəbul olunacağını bildirib. Britaniya xarici işlər naziri Moskvanın bu təhdidini “gözə kül üfürmək” adlandırıb.
Əliyar Xəlil
Globalinfo.az