Estoniyanın keçmiş baş naziri Kaya Kallas noyabrın 1-dən AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
“Kaya Kallas, artıq bildiyiniz kimi, bizim ali nümayəndəmiz və vitse-prezidentimiz olacaq. Biz geosiyasi qarşıdurma və qeyri-sabitlik dövründəyik. Bizim xarici və təhlükəsizlik siyasətimiz bu reallığı dərk etməklə müəyyən edilməlidir”, – deyə Leyen bildirib.
Qeyd edək ki, hazırda AB diplomatiyasının rəhbəri Jozep Borrelldir.














