Tokayevin “Rusiya məğlubedilməzdir” sözünə Şoltsun reaksiyası

Tokayevin “Rusiya məğlubedilməzdir” sözünə Şoltsun reaksiyası

“Fakt budur ki, Rusiya hərbi cəhətdən yenilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət, ilk növbədə Rusiya-Ukrayna münaqişəsində bilavasitə iştirak edən ölkələr üçün düzəlməz nəticələrə gətirib çıxaracaq. İstanbul sazişinin bağlanmasından imtina ilə atəşkəsə nail olmaq üçün yaxşı şans itirildi”.

Globalinfo.az xəbər verir ki. bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.

O bildirib ki, sülh üçün fürsət hələ də mövcuddur.

“Müxtəlif dövlətlərin bütün sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirmək və hərbi əməliyyatları dayandırmaq barədə qərara gəlmək, sonra ərazi məsələlərinin müzakirəsinə keçmək lazımdır. Fikrimizcə, Çin və Braziliyanın sülh planı dəstəyə layiqdir. Dövlət liderləri dəyişə bilər, lakin xalqlar sülh və qarşılıqlı anlaşma şəraitində yaşamalıdırlar”, – deyə Tokayev vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az