susa 11

Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının aidiyyəti qurumlarla keçirdikləri birgə tədbirlər zamanı məişət tullantılarının atıldığı ərazilər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, həmin ərazilərdə təmizlik işləri görülüb, cavabdeh şəxslərlə profilaktiki söhbətlər aparılıb.

Təmizliyə riayət edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

Polis əməkdaşları tərəfindən son 2 ay ərzində rayon ərazisində ətraf mühitə ziyan vurulması hallarının qarşısının alınması üçün 64 protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş: