
ABŞ Prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdində iştirak edən şəxs saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə eks-prezidentin oğlu Donald Tramp (kiçik) məlumat verib.
“Bu, yenə oldu. Atışma Floridada Uest-Palm-Biçdə qolf meydançasında baş verdi. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kolluqda AK-47 avtomatı aşkar edilib. Şübhəli saxlanılıb”, – o, deyib.
***23:07
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı yeni sui-qəsd edilib.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının respublikaçı üzvü Marcori Teylor-Qrin məlumat verib.
“Onu öldürməyə çalışırlar. Onun qalib gəlməsinə mane olmaq üçün hər şeyi edəcəklər”, – o, “X” hesabında yazıb.
Məlumata görə, onun yaşadığı ərazidə silah səsləri eşidilib.
Reuters agentliyinin verdiyi məlumatda bildirilib ki, ABŞ-ın keçmiş prezidenti yaşadığı ərazidə atışmadan sonra sağ-salamatdır.
***23:45
ABŞ Məxfi Xidməti yaydığı açıqlamada bildirilib ki, Donald Trampla bağlı insidenti araşdırırlar və onun həyatına heç bir təhlükə yoxdur.
Qeyd edək ki, Donald Tramp 2 ay əvvəl Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qulağından güllələnmişdi.














