zengezur caliber1

Keçmiş qondarma rejimin “naziri” olmuş Ayk Xanumyan deyib ki, 2020-ci il müharibəsindən sonra Tavuş, Sünik (Zəngəzur) və Qeqarkuniki (Göyçə) 50 min erməni tərk edib.

Ekspertlər bildirirlər ki, azərbaycanlılar qovulduqları tarixi yurdlarına geri qayıtmalıdırlar. Bu isə sözügedən ərazilərdə demoqrafik vəziyyəti Azərbaycanın xeyrinə dəyişə bilər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, tarixi Azərbaycan torpaqları olan Göyçə və Zəngəzurun boşaldılması təsadüfi deyil:

“Hazırda mövcud proseslər çərçivəsində sakinlər daha münbit ərazilərə köçməyi üstün tuturlar.

Ariyançı İran Pəhləviləri dövrü və Güney Azərbaycan Milli Hərəkatı-FAİQ  ƏLƏKBƏRLİ YAZIR – (İKİNCİ YAZI) – EtikXəbər

Faiq Ələkbərli

Tarixə nəzər salsaq görərik ki, 1918-ci ildə qurulan Ararat Respublikasının 9 min kvadrat km ərazisi var idi. Zəngəzur və Göyçə 1920-ci ildə Ermənistan SSR yaradıldıqdan sonra sovet Rusiyasının əli ilə işğal edilib. Bütün hallarda Zəngəzur və Göyçənin 9 min kvadrat km-də qurulan Ermənistana heç bir aidiyyəti yoxdur. Azərbaycan növbəti mərhələdə bu tarixi torpaqlarını da geri qaytara bilər. Digər tərəfdən Rusiyanın da Ermənistana bu məsələdə təzyiqi istisna edilmir. Son vaxtlar Ermənistanın apardığı anti-rus təbliğatlar, eləcə də Qərbə meyil etməsi fonunda rəsmi Moskvanın İrəvana bu yöndə müəyyən mesajlar verdiyinin də şahidi oluruq.”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Bakıya son səfəri çərçivəsində Azərbaycan və Ermənistan arasındakı delimitasiya-demarkasiya prosesinə töhfə verməyə hazır olduğunu bildirmişdi. Hazırda Rusiyanın əlində sovet dövrünə aid xəritələr var ki, bunlar da əsasən Azərbaycanın maraqlarına uyğundur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: