1726234971 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg

Türkiyədə azərbaycanlı iş adamına məxsus 6 milyon dollar və 6 kiloqram qızılın məzarlıqda gizlədildiyi iddia edilir.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, FETÖ tərəfindən adı açıqlanmayan azərbaycanlı iş adamının külli miqdarda pul və qızılları ələ keçirilərək, Yalova şəhər qəbiristanlığında gizlədildiyi iddia olunur.

Bunu eşidən insanlar Yalova şəhər qəbiristanlığına gələrək, məzarları qazırlar. 3 ay ərzində yan-yana qəbirlər qazaraq pul və qızıla çatmağa çalışan şübhəlilərin bu məlumatı haradan əldə etməsi maraq doğurur.

Artıq qəbiristanlıqda məzar qazan 4 xəzinəaxtaran saxlanılıb. Saxlanılan şəxslər sonradan məhkəmə tərəfindən sərbəst buraxılıblar. 2 ay əvvəl də sözügedən qəbiristanlıqda məzar qazan 2 nəfər saxlanılmışdı.

Bir neçə gün əvvəl avtomobillə qəbiristanlığa gələrək orada məzar qazmağa başlayan E.A. adlı şəxs saxlanılıb. O, polis tərəfindən dindirilib.

İddia edilir ki, məzar qazan şəxslər İstanbul Beykoz Bələdiyyəsinin işçiləridir.

52a40f63352ed3b057a55166c24b9a3fscreenshot 2024 09 13 174125 png 3a7ee4622076af635cc3c92379cb122ascreenshot 2024 09 13 174122 png b122bda2fe60044381328b0f1461046cscreenshot 2024 09 13 174119 png 3260d6c94fa49ebf0a4fccc85afacf2dscreenshot 2024 09 13 174115 png

Paylaş: