“Apple” iOS 18 RC (Release Candidate) quruluşunda yeni təhlükəsizlik funksiyası vasitəsilə təmir edilən “iPhone”ların hissələri dəyişdirilərsə bloklayacaq.
Globalinfo.az xəbər verir ki, bu haqda “BetaProfiles” məlumat yayıb.
Bildirilib ki, başqa bir “iPhone”dan götürülmüş hissə “Apple” smartfonuna quraşdırılarsa, cihaz uzaqdan bloklana bilər.
Məsələn, digər batareya telefona daxil edilərsə, ekranda “Batareya sahibinə kilidləndi” mesajı görünəcək. Yeni funksiya təkcə batareyaya deyil, həm də ekrana, kameraya – telefonun butün elementlərinə aiddir.














