Azərbaycan əsilli tanınmış aparıcı İradə Zeynalova Rusiyanın Mavriki Respublikasına səfir təyin edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Digər fərmanla Putin Konstantin Klimovskini bu vəzifələrdən azad edib.
Qeyd edək ki, Azərbaycan əsilli teleaparıcı NTV-də “Həftənin nəticələri” verilişinin müəllifi və aparıcısı, NTV televiziya şirkətinin İnformasiya Direktorluğunun İnformasiya-əyləncə proqramları baş redaksiyasının bədii rəhbəridir.