putin erdogan

“Krım məsələsi Rusiya və Türkiyə arasında fikir ayrılıqlarının olduğu mövzulardan biridir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml rəsmisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevdə təşkil olunan “Krım Platforması” adlı tədbirə videomüraciət göndərməsinə münasibət bildirib.

Peskovun sözlərinə görə, Moskva hər şeyə rəğmən Ankara ilə münasibətlərini inkişaf etdirəcək:

“Rusiya Krımla bağlı mövqeyini Türkiyəyə izah etməyə çalışır. Ümid edirik ki, Ankara zamanla irəli sürülən arqumentlərlə razılaşacaq”.

Qeyd edək ki, R.T.Ərdoğanın IV Krım Platforması Sammitində videomüraciəti yayımlanıb. O, Türkiyənin Krımın ilhaqını tanımadığını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini deyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: