“Formula 1”: ikinci sərbəst yürüş yekunlaşdı, birinci… – VİDEO

"Formula 1": ikinci sərbəst yürüş yekunlaşdı, birinci... - VİDEO

Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

Globalinfo.az bildirir ki, “Ferrari”də çıxış edən Şarl Lekler ən yaxşı nəticəni göstərib. “Red Bull”dan Serxio Peres ikinci, “Mercedes”dən Lüis Hemilton üçüncüdür.

İlk test yürüşündə “Red Bull” pilotu Maks Ferstappen birinci olub.

“Formula 2″də sərbəst yürüşdə “Van Amersfoort Racing”dən Entso Fittipaldi, sıralama turunda isə “Trident” komandasından Rixard Versxor fərqləniblər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

***17:00

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.

Globalinfo.az bildirir ki, mübarizəyə saat 17:00-da start verilib.

İlk test yürüşündə “Red Bull” pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib.

“Formula 2″də sərbəst yürüşdə “Van Amersfoort Racing”dən Entso Fittipaldi, sıralama turunda isə “Trident” komandasından Rixard Versxor birinci olublar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

***15:51

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vuran pilot müəyyənləşib.

Globalinfo.az bildirir ki, ən yaxşı nəticəni “Trident” komandasından Rixard Versxor göstərib.

Daha əvvəl “Formula 2″də sərbəst yürüşdə “Van Amersfoort Racing”dən Entso Fittipaldi birinci olub.

“Formula 1″də isə ilk sınaq yürüşündə “Red Bull” pilotu Maks Ferstappen ilk pilləni tutub.

Bu gün “Formula 1″də ikinci sərbəst yürüş də gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

"Formula 1": ikinci sərbəst yürüş yekunlaşdı, birinci... - VİDEO

***15:40

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda iki pilot qəza törədib.

Globalinfo.az bildirir ki, “Campos Racing”dən İsak Hacar və onun komanda yoldaşı Xosep Maria Martinin idarə etdiyi bolidlər baryerə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb və sıralama turu bir müddətlik dayanıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyarın 15-də başa çatacaq.

"Formula 1": ikinci sərbəst yürüş yekunlaşdı, birinci... - VİDEO

***15:16

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sıralama turu start götürüb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, təsnifat mərhələsi saat 15:00-da başlayıb.

Daha əvvəl “Formula 2″də sərbəst yürüşdə ən yaxşı nəticəni “Van Amersfoort Racing”dən Entso Fittipaldi göstərib.

“Formula 1″də isə ilk sınaq yürüşündə “Red Bull” pilotu Maks Ferstappen birinci olub.

Bu gün “Formula 1″də ikinci sərbəst yürüş də gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

"Formula 1": ikinci sərbəst yürüş yekunlaşdı, birinci... - VİDEO

***14:40

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb.

Globalinfo.az bildirir ki, “Red Bull” pilotu Maks Ferstappen birinci olub.

“Mercedes”dən Lüis Hemilton ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü pillədə qərarlaşıb.

Bu gün “Formula 1″də ikinci test yürüşü, “Formula 2″də isə sıralama turu gerçəkləşəcək.

“Formula 2″də sərbəst yürüşdə ən yaxşı nəticəni “Van Amersfoort Racing”dən Entso Fittipaldi göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

"Formula 1": ikinci sərbəst yürüş yekunlaşdı, birinci... - VİDEO

***14:27

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.

Globalinfo.az bildirir ki, “Uilyams” pilotu Franko Kolapinto uğursuzluqla üzləşib.

Onun idarə etdiyi bolid birinci sərbəst yürüşdə baryerə çırpılıb və nəticədə qırmızı bayraq qaldırılıb.

Kolapintonun avtomobili trasdan çıxarılıb.

"Formula 1": ikinci sərbəst yürüş yekunlaşdı, birinci... - VİDEO

***14:16

“Ferrari” pilotu Şarl Lekler Bakıda keçirilən Azərbaycan Qran-prisində qəza törədib.

Globalinfo.az bildirir ki, sürücünün idarə etdiyi bolid birinci sərbəst yürüşdə səddə çırpılıb.

Hadisə 15-ci döngədə baş verib. Nəticədə qırmızı bayraq qaldırılıb.

Leklerin avtomobili trasdan çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

"Formula 1": ikinci sərbəst yürüş yekunlaşdı, birinci... - VİDEO

***13:56

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşündə qısa fasilə yaranıb.

Globalinfo.az bildirir ki, buna trasa dəmir parçasının düşməsi səbəb olub.

Təxminən 6 dəqiqəlik fasilədən sonra yarış bərpa edilib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

"Formula 1": ikinci sərbəst yürüş yekunlaşdı, birinci... - VİDEO

***13:30

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start verilib.

Globalinfo.az xəbər verir ki, birinci sərbəst yürüş saat 13:30-da başlayıb.

Bu gün “Formula 1″də ikinci test yürüşü, “Formula 2″də isə sıralama turu gerçəkləşəcək.

“Formula 2″də sərbəst yürüşdə ən yaxşı nəticəni “Van Amersfoort Racing”dən Entso Fittipaldi göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

***11:52

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.

Globalinfo.az bildirir ki, ən yaxşı nəticəni “Van Amersfoort Racing”dən Entso Fittipaldi göstərib.

"Formula 1": ikinci sərbəst yürüş yekunlaşdı, birinci... - VİDEO

***11:49

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.

Globalinfo.az bildirir ki, “MP Motorsport” komandasının pilotu Oliver Götenin idarə etdiyi bolid baryerə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb. Avtomobil trasdan çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

***11:34

“Campos Racing” komandasının pilotu Xosep Maria Marti Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

Globalinfo.az bildirir ki, sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.

Nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

"Formula 1": ikinci sərbəst yürüş yekunlaşdı, birinci... - VİDEO

***11:00

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinə start verilib.

Globalinfo.az bildirir ki, sərbəst yürüş saat 11:00-da başlayıb.

Bu gün “Formula 1″də iki test yürüşü, “Formula 2″də isə sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

***08:50

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürəcək.

Globalinfo.az bildirir ki, ilk gündə iki sərbəst yürüş keçiriləcək.

Bundan əlavə, “Formula 2″də də sınaq yürüşü ilə yanaşı, sıralama turu da gerçəkləşəcək.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.

Azərbaycan Qran-prisinə qədər “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. “McLaren”dən Lando Norris 241 xalla ikinci, “Ferrari”dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, “Ferrari”nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.

Konstruktorlar kubokunda “Red Bull” 446 xalla xalla birinci, “McLaren” 438 xalla ikinci, “Ferrari” 407 xalla üçüncüdür.

Azərbaycan Qran-prisində ilk günün proqramı

11:00. “Formula 2”: Sərbəst yürüş
13:30. “Formula 1”: Birinci sərbəst yürüş
15:00. “Formula 2”: Sıralama turu
17:00. “Formula 1”: İkinci sərbəst yürüş

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.