“Böyük Britaniya çətin ki, Rusiyaya raket hücumlarına görə məsuliyyəti öz üzərinə götürməyə hazır olsun”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov deyib.
“Qərb cəbhəsində Rusiya ərazisindəki hədəflərə hücum üçün uzaqmənzilli raketlərin Kiyevə verilməsi ilə bağlı böyük müzakirələr gedir. Bəs eskalasiya nəzarətdən çıxsa, bunun məsuliyyətini kim öz üzərinə götürəcək? Londonun bu məsələni öz üzərinə götürməyə hazır olduğuna şübhə edirəm. Ona görə də, Qərbin müvafiq qərarının nəticələri çox ciddi olacaq”, – deyə Puşkov vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az