170195001520510569206571b23fe3340

“Britaniya öz adını tarixə Ukrayna terrorçularının sponsoru kimi yazır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyinin bəyanatında deyilir.

“Xarici işlər naziri Devid Lamminin amerikalı həmkarı Antoni Blinkenin yanında Ukrayna paytaxtında olması Londonun Rusiyaya “strateji məğlubiyyət” vermək məqsədinin bariz nümunəsidir”, – bəyanatda vurğulanır.

Rusiya diplomatik missiyası Londonu münaqişənin gedişatını və perspektivlərini ayıq şəkildə təhlil etməyə, həmçinin öz vətəndaşlarının rifahını qurban verməməyə çağırıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: