2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan təhsil işçilərinin övladları mükafatlandırılacaq.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti qərar qəbul edib.
Qərara əsasən, həmin tələbələrin hər birinə 200 manat məbləğində mükafat veriləcək.
Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ümumilikdə 3228 nəfər abituriyent 600-dən yuxarı bal toplayıb. Onlardan 463 nəfəri həmkarlar ittifaqı üzvü olan təhsil işçilərinin övladlarıdır.














