“ABŞ Gürcüstanda baş tutacaq seçkiləri diqqətlə izləyəcək və müxaliflərin, vətəndaş cəmiyyəti nümayəndələrinin təqibi halında seçki ədalətli sayılmayacaq”.
Globlainfo.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter deyib.
O, Gürcüstanın azad və ədalətli seçkidən imtinasının onun demokratik inkişafına mane olacağını bildirib:
“Tbilisinin trayektoriyası – vətəndaş cəmiyyətinin təqibi, antidemokratik fəaliyyətlər bizi narahat edir. Bu trayektoriyanı çoxdan müşahidə edirik və xarici agentlər haqqında qanun bunun sübutudur”.
Karpenter ABŞ-ın bundan sonra da Gürcüstanda antidemokratik fəaliyyətlərə görə müvafiq şəxsləri məsuliyyətə cəlb etməyə çalışacağını bildirib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da olacaq. Dünən Rusiya Xarici Kəşfiyyat Xidməti 3-cü dəfə məlumat yayaraq, ABŞ-ın seçkidən öncə Gürcüstanda provokasiya hazırladığını bildirib. Moskva bu iş üçün ATƏT-in istifadə olunacağını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az