Dünya şöhrətli aktyor və musiqiçi Uill Smit “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində ölkəmizə gəlib.
Globalinfo.az Olay-a istinadən bildirir ki, 55 yaşlı sənətçinin uçduğu təyyarə bu gecə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Smit sentyabrın 13-də “Crystal Hall”da konsert proqramı ilə çıxış edəcək.
***00:27
Dünyaca məşhur aktyor və musiqiçi Uill Smit “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024 çərçivəsində bu gecə Azərbaycana gəlir.
Globalinfo.az xəbər verir ki, amerikalı ulduz, 13 sentyabr tarixində “Crystal Hall”da möhtəşəm performans təqdim edəcək.
Konsert gecəsi üçün hazırlıqlar yekunlaşıb. Uill Smitin səhnə şousu, “Formula 1” həftəsonunu daha da xüsusi edəcək.