1720255566 msg1307407862 72897

ABŞ Zelenskidən Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ətraflı strategiya tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

“Birləşmiş Ştatlar Ukrayna prezidenti Volodimir Zelenskidən tələb edir ki, Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmazdan əvvəl Rusiya ərazisinə dərin zərbələr endirmək üçün strategiya hazırlasın. ABŞ dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Kiyevə səfər zamanı gələn il üçün uzunmüddətli plan hazırlamağı Zelenski və komandasından tələb ediblər. Bu, Kiyevin nəyi hədəflədiyini anlamağa imkan verəcək”, – deyə nəşr yazıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: