“Heç kim narahat olmasın” – Novella Cəfəroğlu istefasından danışdı

“Heç kim narahat olmasın” - Novella Cəfəroğlu istefasından danışdı

“Haqqımda yüz söz deyirdilər, mənə görə Müsavat Partiyasını tənqid edirdilər, alçaldırdılar. Niyə mənə görə kimsə təzyiqə məruz qalmalıdır axı? Ona görə də partiyadan getmək qərarı verdim”.

Bu sözləri Globalinfo.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verməsi haqda danışarkən deyib.

O, dövlətçiliyi qoruyan adam olduğunu qeyd edib:

“Əgər bu gün bir sözü deyirəmsə, onun arxasında da dayanıram. Nəsə demişəmsə, dövlətçiliyimizi qorumaq naminə demişəm! Bilirsiniz, partiyadan getsəm də, heç kim Müsavatı mənim qəlbimdən çıxara bilməz. Bilənlər bilir, ailəm də müsavatçı olub. Babam bu partiyanın yaranmasına yardım edib. Hətta Naxçıvanda küçələrdən birinə babamın şərəfinə Bektaşi adı verilib. Mənim Müsavatdan getməyim heç kimi narahat etməsin. Hər zaman Müsavatın yanında olacam. Şərt deyil ki, partiya üzvü olam. Əsas odur ki, Müsavat ürəyimdədir”.

Novella Cəfəroğlu bundan sonra heç bir partiyaya üz olmayacağını qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az