9da9404 fc3765e283a24e10ae83ebf9757933fb 0 d7478b4934d24aada7cbd33c9d8512c0

 ABŞ ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosu ilə əməkdaşlıq barədə razılığa gəlib. Buna əsasən, Gürcüstandakı parlament seçkisinə müdaxilə ediləcək.

Globalinof.az xəbər verir ki, bu iddia ilə Rusiya Xarici Kəşfiyyat Xidməti çıxış edib.

“Kəşfiyyat Xidmətinə daxil olan məlumatlara əsasən, ABŞ Dövlət Departamenti Gürcüstandakı parlament seçkisinə yeni alətlə müdaxilə etmək niyyətindədir. Məqsəd Vaşinqtona sərf etməyən Gürcü Arzusu Partiyasının qələbəsinə maneə yaratmaqdır. Amerikalılar bunun üçün ATƏT DTHİB ilə əməkdaşlıq barədə razılığa gəlib”, – məlumatda bildirilib.

Məlumata görə, ATƏT DTHİB seçkiyə 10-20 gün qalmış aralıq hesabat dərc edəcək ki, ölkədə azad seçkinin keçirilməsi üçün şərait yoxdur:

“Vaşinqtonun niyyəti aydındır və təəccübləndirmir. Onlar qərbyönlü gürcü müxalifətinin kütləvi etiraz aksiyları keçirməsinə bəhanə verib hakimiyyəti güc yolu ilə ələ keçirmək istəyirlər. DTHİB-in bu maxinasiyalarda iştirakı təəssüf doğurur. Bu göstərir ki, DTHİB ABŞ hökumətinin ədalətsiz oyunlarda yekun olaraq ruporuna çevrilib”.

Qeyd edək ki, bu, Rusiya Xarici Kəşfiyyat Xidmətinin Gürcüstanda ABŞ-ın çevriliş hazırladığına dair son 3 ayda 3-cü açıqlamasıdır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: