Laçın yolundakı aksiyada üç jurnalist saxlanılıb? – DİN-dən rəsmi açıqlama

Laçın yolundakı aksiyada üç jurnalist saxlanılıb? - DİN-dən rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Laçın yolunda keçirdiyi aksiya bu gün də davam edir.

Globalinfo.az xəbər verir ki, üç jurnalistin Şuşa-Xankəndi yolundakı aksiyada çəkiliş edərkən mülki və qara maskalı iki şəxs tərəfindən saxlanılması ilə bağlı məlumata Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev reaksiya verib.

O, saxlanılananların olmadığını qeyd edib:

“Xəyalə Ağayeva, Aytac Tapdıq və Teymur Kərimovun keçid üçün icazələri olmaması səbəbindən geri qaytarılıblar. Saxlanılan yoxdur”, – deyə Elşad Hacıyev bildirib.

Zaira,

Globalinfo.az