nasir kenani

“İran geosiyasi və sərhəd dəyişikliyi istiqamətində istənilən addımın əleyhinədir”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani junalistlərə açıqlamasında deyib.

O, dəhliz mövzusunun son zamanlarda daha çox gündəmə gətirildiyini bildirib:

“Bu mövzuda mətbuatda yayılan məlumatlar Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfəri, həmçinin xarici işlər naziri Sergey Lavrovun açıqlamalarına əsaslanır. İran regionda müstəqillik və ərazi bütövlüyünə hörmət çərçivəsində iqtisadi münasibətlərdəki blokların aradan qaldırılmasına və Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün təşviqinə dəstəyini davam etdirəcək. Bu, bütün region ölkələrinin arzusudur.

Bəziləri Qafqaz regionunu qeyri-sabitlik məkanına çevirmək istəyir. Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk. Tehran münaqişələrin həlli üçün “3+3” regional formatının gücləndirilməsinin tərəfdarıdır”.

Paylaş: