Zelenskinin adamı buna görə istefa verdi

Zelenskinin adamı buna görə istefa verdi

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın istefası şok effekti yaratdı.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşrinin məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Kuleba Kiyev hökumətinin ən tanınmış üzvlərində idi. Lakin onun hava hücumundan müdafiə sistemləri və Qərbin göndərdiyi raketlərdən istifadəyə qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı səyləri nəticəsiz qaldı.

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Nazirlər Kabinetinin tərkibinin yenilənməsi dövlət strukturlarına yeni güc gətirəcək. Nəşr qeyd edir ki, hər şeyə rəğmən bu istefa dalğası Rusiyanın Donetsk vilayətinin şərqində mühüm uğurlar qazanmasına paralel olaraq Kiyev üçün təhlükəli vaxta təsadüf edir.

Rusiyanın son günlər Ukrayna istiqamətində genişmiqyaslı hücumları gücləndirdiyi bildirilir. Sözügedən kadr yenilənmələri Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başlamasından bu yana keçən son 30 ayda ən böyük dəyişikliklərdir. Ukraynanın xarici işlər naziri Kuleba bu dəyişikliklərin ən yüksək profilli qurbanı oldu. Nəşr yazır ki, ona Qərb müttəfiqlərini raketlərdən Rusiyaya qarşı istifadə üçün məhdudiyyətləri aradan qaldırmağa inandırması tapşırılıb. Lakin bu istiqamətdə təşəbbüsləri uğursuz olub.

Məlumata görə, Kulebanın yerinə xarici işlər nazirinin müavini Andrey Sibiqa gətiriləcək.

Ayşən Mustafa
Globalinfo.az