AA 20230522 31209494 31209474 US STATE DEPARTMENT PRESS BRIEFING WITH NEW SPOKESPERSON MATT MILLER

“Vaşinqton Monqolustanın Rusiya və Çin arasında düşdüyü vəziyyəti anlayır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

ABŞ rəsmisi Ulan-Batoru Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini vurğulamağa çağırıb:

“Biz heç bir ölkənin Putinə Ukraynada apardığı müharibənin təbliğatını həyata keçirməsi üçün platforma verməsini qəbul etmirik. Monqolustanın düşdüyü vəziyyəti anlayırıq, iki qonşusu – Rusiya və Çin arasında qalan kiçik bir ölkədir.  Biz Monqolustanın suverenlik və ərazi bütövlüyü də daxil olmaqla, BMT Nizamnaməsinin prinsiplərinə verdiyi öhdəliyə və dəstəyinə sadiq qalmasını gözləyirik. Bu kontekstdə rəsmi Ulan-Batora dəstəyimizi davam etdirəcəyik”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Monqolustana səfər edib. Bu ölkə Roma Əsasnaməsini ratifikasiya etsə də, Beynəlxalq Cinayət Məhkəməsinin V.Putinin bərsində çıxardığı həbs qərarını yerinə yetirməyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: