
Xəbər verdiyimiz kimi, Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında paraatletimiz Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11.76 saniyəyə birinci çataraq qızıl medalı qazanıb.
Sosial şəbəkələrdə Lamiyə Vəliyevanın ailəsinin qələbə sevincinin görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında üç qızıl, bir gümüş və bir bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kiloqram) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxası üstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kiloqram) bürünc medala sahib çıxıb.














