IMG 20230904 115451

“Gürcüstanın xarici agentlər haqqında qanunu qəbul etməsi hökumətin məqsədyönlü addımıdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Corc Buş İnstitutunun rəhbəri Devid Kramer deyib.

“Bu, Gürcüstan hakimiyyətinin yol verdiyi böyük səhv və geri atılan addım oldu. Qanunun məhz parlament seçkisi qabağı qəbulu təsadüfi deyil, planlaşdırılmış addımdır. Yekunda biz görürük ki, ölkədə bir çox dəyişikliklər yaşanır. Əminəm ki, bu dəyişikliklər yaxşılığa doğru deyil”, – o bildirib.

Qeyd edək ki, xarici agentlər haqqında qanunun qəbulundan sonra Gürcüstanla Qərb arasında münasibətlər kəskinləşib. Qərb Tbilisinin bununla Rusiyaya istiqamətləndiyini iddia edir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: