kiy 1

Sentyabrın 2-i gecə Rusiya Silahlı Qüvvələri Ukraynada paytaxt Kiyevə raket zərbələri endirib.

Globalinfo.az-ın xəbərinə görə, Kiyev hərbi administrasiyasının sözçüsü Mixail Şamanov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, ümumilikdə Rusiya ordusu tərəfindən son sutkada paytaxta 10 qanadlı, 10-a qədər isə ballistik və xeyli dron hücumları olub.

“Onların böyük əksəriyyəti hava hücumlarından müdafiə qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Svyatoşonski rayonunda 4 avtomobil yanıb. Qolosevskiy, Şevçenkovskiy, Podolskiy və Obolon rayonlarında isə qeyri-yaşayış obyektlərində dağıntılar var. Son məlumata görə, ümumilikdə 4 nəfər mülki şəxs ağır yaralanıb”, – M. Şamanov əlavə edib.

kiy 2 kiy 3 kiy 4

Paylaş: