2023 09 23T183740Z 909673123 RC2HE3A6EXK0 RTRMADP 3 UKRAINE CRISIS UN LAVROV 1695498540

Lavrov “sülh formulu” ilə bağlı mövqeyinə görə Borreli Avropanın əsas rusofobu adlandırıb.

Globalinfo.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa diplomatiyasının səlahiyyət müddəti başa çatan rəhbəri Josep Borrelin Ukrayna ilə bağlı mövqeyini tənqid edib.

O, Borrelin Ukrayna ilə bağlı mövqeyini həvəskar hesab edib və avropalı siyasətçini qatı rusofob adlandırıb.

Lavrov Borrelin danışıqlar üçün prezident Volodimir Zelenskinin “sülh düsturundan” başqa alternativin olmadığı barədə açıqlamasına da münasibət bildirib.

“Aydındır ki, Borrell indi Avropanın ən mühüm rusofobu kimi tarixdə qalmaq istəyir”, – deyə Lavrov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az 

 

Paylaş: