000 32NU9ZE 1

“İran genişmiqyaslı münaqişəyə cəlb olunmaq istəmir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, qonşu dövlətlər arasında böyük müharibə istəyən yeganə ölkə İsraildir.

“İran qəti şəkildə hər hansı genişmiqyaslı hərbi əməliyyatlara cəlb olunmaq və təxribatlara boyun əymək istəmir. Onlar İranı təhrik etməyə çalışırlar. HƏMAS-ın siyasi lideri İsmayıl Həniyənin Tehranda yeni prezidentin andiçmə mərasimində qətlə yetirilməsi təbii ki, təxribatdır. İran buna heç bir reaksiya vermədi. Ancaq bildirdi ki, ərazi bütövlüyü və suverenliyi pozulduğu üçün cavab vermək hüququnu özündə saxlayır”, – Lavrov bildirib.

“Əgər Qərb suverenliyə hörmət edirsə, o zaman Fələstin dövləti BMT Təhlükəsizlik Şurasının qərarı ilə məhz öz sərhədləri daxilində yaradılmalı, suverenliyə sahib olmalıdır”, – deyə Lavrov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az 

Paylaş: