“ATƏT-in Minsk Qrupunun buraxılması, sülh müqaviləsi çərçivəsində mümkündür”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
“Azərbaycan deyir ki, əgər Ermənistan indi Minsk Qrupunun buraxılmasına razılaşmırsa, bu, ərazi iddiası olması deməkdir. Biz belə iddiaya sahib deyilik” – deyə o bildirib.
O həmçinin Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiasının olmadığını söyləyib. O buna əsas səbəb kimi konstitusiyada Qarabağla bağlı Müstəqillik Bəyanatına istinadın olduğunu, amma onun konstitusiyada birbaşa yazılmamasını göstərib.
Tahir Turan
Globalinfo.az













