“Ermənistan hazırda KTMT-də iştirakını dondurub”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. O, gələcəkdə bu qərarı başqa qərarın əvəzləyəcəyini istisna etməyib.
Paşinyan həmçinin Rusiyaya mesaj göndərərək Ermənistanın artıq forpost olmadığını deyib:
“Ermənistan nə plasdarm, nə forpostdur. Ermənistan dövlətdir və o əhalisinin rifahını təmin etməlidir. Sülh gündəmi də məhz buna hədəflənib”.
Tahir Turan
Globalinfo.az