Ermənistan dünən Azərbaycana sülh müqaviləsinin mətni ilə bağlı öz təkliflərini verib.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Sülh müqaviləsinin yekun variantında 17 maddə var ki, onun 13-ü razılaşdırılıb. Mətnin böyük hissəsi razılaşdırılıb. Bizim təklifimiz budur ki, razılaşdırılmış bəndləri götürək və bunun əsasında sülh müqaviləsi imzalayaq. Biz hesab edirik ki, bu bəndlərdə razılaşmanın bütün əsas prinsipləri razılaşdırılıb. Bunları imzalayıb, ratifikasiya edək, yerdə qalan məsələləri razılaşdırmağa davam edək” – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az














