ist 0

İstanbulda Bahçelievler dövlət xəstəxanasının təcili yardım şöbəsinə silahlı hücum olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən istinadən xəbər verir ki, hadisə gecə yerli vaxtla saat 02:30-də baş verib.

Kimliyi məlum olmayan şəxslərin açdığı atəş nəticəsində bir polis əməkdaşı, bir jandarma, özəl mühafizə xidmətinin bir əməkdaşı və iki mülki vətəndaş olmaqla 5 nəfər ağır yaralanıb.

Hazırda xəsarət alanların müalicəsi davam etdirilir, həyati təhlükələri yoxdur.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərlə bağlı axtarışlar aparılır.

Paylaş: