“ABŞ-ın İranla münaqişəsi asanlıqla Üçüncü Dünya müharibəsinə çevrilə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı professor Cefri Saks deyib.
O bildirib ki, İsrail ABŞ-ı Yaxın Şərqdə daha böyük müharibəyə sürükləməyə çalışır.
“Birləşmiş Ştatlar İranla müharibədə maraqlı deyil. Çünki İranın Rusiya da daxil olmaqla bir çox müttəfiqi var. Buna görə də İranla savaş asanlıqla Üçüncü Dünya müharibəsinə çevriləcək. Bu isə nüvə savaşına yol açacaq”, – Saks vurğulayıb.
Qeyd edək ki, İran HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ABŞ-ın dəstəyi ilə qətlə yetirildiyini bəyan edir. İranın Ali lideri Xamenei isə İsraili bu qətlə görə ağır cəza gözlədiyini açıqlayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az