Polish 20240206 182318683

İki gün sonra Milli Məclisə seçkilər keçiriləcək. Deputatlığa namizədlər təbliğat-təşviqat kampaniyasının sonuncu gününü keçirirlər. Avqustun 31-də ölkə boyu “sükut günü” olacaq.

İctimaiyyəti maraqlandıran mövzulardan biri də hansı dairələrin nəticələrinin ləğv ediləcəyidir. Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının 2020-ci il fevralın 13-də keçirilən iclasında ümumilikdə 4 seçki dairəsində səsvermənin nəticələri ləğv olunub. İclasda deyilib ki, ekspert qrupu həmin dairədəki məntəqələrdə pozuntu qeydə alıb və buna görə də bu dairələrdə yenidən seçki keçiriləcək:

33 saylı Xətai birinci seçki dairəsi

35 saylı Xətai üçünc seçki dairəsi

74 saylı Lənkəran seçki dairəsi

80 saylı İmişli-Beyləqan seçki dairəsi həmin siyahıda yer alıb.

Maraqlıdır, eyni hal sentyabrın 1-də baş tutacaq seçkilərdə də yaşana bilərmi?

Globalinfo.az-a danışan MSK Katibliyinin Media və kommunikasiya şöbəsinin böyük məsləhətçisi Rüstəm Babayev deyib ki, sözügedən məsələ Azərbaycan Seçki Məcəlləsinə əsasən aparılır:

“Seçki Məcəlləsinə görə, dairə üzrə qeydə alınan namizədlərin lehinə verilən səsələr bərabər olarsa, həmin dairədə seçkilər baş tutmamış hesab olunur.
Məcəlləyə görə, aşağıdakı hallarda isə nəticələr ləğv edilir:

Səsvermə və ya səslərin hesablanması zamanı yol verilən pozuntular seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyəndə;

Məhkəmənin qərarı əsasında;

Səsvermə bülletenləri düzgün sayılmayanda;

rustem babayev esas

Rüstəm Babayev

Bu zaman MSK səslərin yenidən sayılması barədə qərar qəbul edir.

Seçki dairəsi üzrə nəticələri etibarsız sayılan məntəqələrin sayı 2/5 hissəsindən çox olanda;

Seçki texnoloqu Vəli Əlibəyov Globalinfo-ya deyib ki, eyni halın təkrarlanması mümkündür:

veli elibeyov

Vəli Əlibəyov

“Bu o zaman baş verir ki, səsvermə prosesində çoxsaylı və kobud qanun pozuntuları baş verir, hansılar ki, səsvermənin nəticələrinə ciddi təsir göstərir. Bu qanun pozuntuları müşahidəçilər tərəfindən qeydə alınır, sübutlarla birlikdə MSK-ya təqdim olunur. MSK bu faktları araşdırır. Əgər onlar təsdiqlənərsə, dairənin nəticələrinə dair qərar çıxarır. Göründüyü kimi, dairələr üzrə nəticələrin ləğvi orada seçki prosesinin necə keçdiyindən asılıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: