Noyabrda ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə əlaqədar 80 mindən çox qonağın gələcəyi gözlənilir. Bakı bu qədər qonağı qəbul etməyə hazırdırmı?
Mövzunu Globalinfo.az-a şərh edən sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, hələ tam hazır deyil. O, bununla bağlı işlərin görüldüyünü bildirib:
“Elə ona görə də Bakının kücələrində böyük təmir, quruculuq işləri aparılır. Düşünürəm ki, Allahın izni ilə bu sahədəki işlər layiqincə başa catacaq. Amma məni daha çox düşündürən başqa məsələlərdir. Məsələn, özüm başqa xarici ölkələrdə olanda da həmin məsələlərə diqqət verirəm. Sosioloqların fikrincə, hansısa bir ölkəyə getdikdə aşağıdakılara diqqət verməklə həmin ölkə barədə doğru məlumat əldə etmək olar:
1. Əhalinin ictimai yerlərdəki davranışı.
2. Bazarlarda səliqə-sahman və insanların davranışı.
3. İaşə müəssisələrindəki vəziyyət, restoranlarda qonaqları aldatma dərəcəsi.
4. İctimai tualetlərdə, hamamlardakı vəziyyət.
Əhməd Qəşəmoğlu
5. İnsanların təmizkarlığı, paltarlarındakı, sir-sifətlərindəki təmizlik, səliqə.
6. Əhalinin qonaqpərvərliyi”.
Ə.Qəşəmoğlu deyib ki, bu sahədə konkret metodika ilə xeyli hazırlıq işləri görülməlidir:
“Məsələn, dərs ili başlayacaq. Bütün tədris müəssisəsində təhsil alanları bu istiqamətlərdə təşviqatçı kimi hazırlaya bilərik. TV-lər bununla bağlı ciddi kömək edə bilər və s. Bunun üçünsə çox ciddi Fəaliyyət Proqramı hazırlanmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az














