pasinyan 1524

Belarus Prezidenti Aleksandr Lukaşenkonun “ermənilər bizdən başqa heç kimə lazım deyil” açıqlamasından sonra İrəvan hökumətinin susuqunluğu müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, Lukaşenkonun son açıqlamaları Ermənistanda ciddi etirazla qarşılansa da, hökumətin heç bir reaksiya verməməsi diqqət çəkib.

Belarus prezidentinin ermənilərlə bağlı sözləri İrəvanda bu ölkənin səfirliyi qarşısında aksiyanın keçirilməsinə, nəticədə Ermənistanın Minskdəki səfirinin XİN-ə çağırılmasına səbəb oldu. Lakin hökumətin, xüsusilə hakim Mülki Müqavilə Partiyasının rəsmiləri məsələyə heç bir münasibət bildirməyiblər.

Ümumiyyətlə, Baş nazir Nikol Paşinyanın son iki ayda Rusiya Xarici İşlər Nazirliyi, Azərbaycanla sülh müqaviləsi, delimitasiya və demarkasiya prosesi ilə bağlı susqunluğu siyasi dairələrdə müzakirələrə səbəb olub. Onun son zamanlar sadəcə Ermənistanın daxili, sosial məsələləri ilə maraqlanması və açıqlamalar verməsi birmənalı qarşılanmır. Baş nazir iki ay əvvəllə qədər intensiv şəkildə Avropa İttifaqına inteqrasiya və KTMT-dən ayrılmaq məsələlərinə dair bəyanatlar versə də, bu istiqamətlərdə belə susqunluğunu qoruyur.

Həmçinin Ermənistan hökuməti Azərbaycanın COP29-a dəvətinə də heç bir reaksiya verməyib.

Ermənistan KİV baş nazirin yaxın zamanda geniş mətbuat konfransı keçirəcəyini və son zamanlarda baş verən bütün hadisələrə orada detallı şəkildə münasibət bildirəcəyi, Bakının təklifinə cavabını açıqlayacağı iddia olunur.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: