Tədris ilinin başlamasına sayılı günlər qalır. Bu günlərdə gündəmə gətirilən məsələlərdən biri də bəzi regionlarda kolleclərin olmamasıdır. Məsələn, Ağdaşda, Mingəçevirdə və digər rayonlarda kollec olsa da, Kürdəmir, İmişli və daha bir neçə bölgəmizdə yoxdur. Bölgələrdə kolleclərin olması isə Bakının yükünü bir qədər azaltmış olar.
Yaxın gələcəkdə regionlarda kolleclərin yaradılması mümkündürmü?
Mövzunu Globalinfo.az-a şərh edən təhsil üzrə ekspert Sona Əliyeva bunun mümkün görünmədiyini bildirib.
Sona Əliyeva
Onun fikrincə, dünyada kolleclər bağlanmaq üzrədir:
“Ümumiyyətlə, orta ixtisas müəssisələri bütün dünyada ömrünü başa vurmaqdadır. O baxımdan Azərbaycanda da yeni kolleclərin açılacağını düşünmürəm. Amma regionlarda universitetlərin açılması inkişafa xidmət etmiş olardı”.
Zaira Akifqızı
Globalinfo.az














