Durovun Nobel mükafatına namizədliyi irəli sürüldü

Durovun Nobel mükafatına namizədliyi irəli sürüldü

Parisdə Fransa polisi tərəfindən saxlanılan “Telegram”ın həmtəsisçisi Pavel Durovun Nobel mükafatına namizədliyi irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Avrasiya Beynəlxalq Universitetinin rektoru Konstantin Klimenko bildirib.

O, üçü rektor olmaqla daha 7 nəfərin Durovun namizədliyi üçün müraciət etdiyini deyib. Rektor Nobel komitəsinə xüsusilə kimlərin müraciət etdiyini açıqlamayıb, həmin şəxslərə təzyiqlər ola biləcəyini qeyd edib.

Xatırladaq ki, P.Durov avqustun 24-də Paris aeroportunda həbs olunub.

Ayşən Mustafa
Globalinfo.az