“Ermənistan hökumətinin əsas məqsədlərindən biri Qarabağ məsələsini yekun olaraq bağlamaqdır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Karen Bekaryan deyib.
“Əgər Qarabağ ermənilərinin geri qayıtması məsələsini beynəlxalq strukturlarda qaldırmasaq, bu, səhifəni çevirmək deməkdir. Bəs o nə mənaya gəlir? Yəni Qarabağ səhifəsi bağlanıb, yeni səhifə açılacaq. Bu səhifənin adı isə Zəngəzur, Dərələyəz, Geqarkunik ola bilər”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az