Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirdi – FOTOLAR

Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirdi - FOTOLAR

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyevin seçki kampaniyası çərçivəsində seçicilərlə fərdi və qrafik üzrə nəzərdə tutulmuş görüşləri davam edir. ƏHD Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, bu gün qrafik üzrə nəzərdə tutulmuş növbəti görüş keçirilib.

Globalinfo.az bildirir ki, Qüdrət Həsənquliyev görüşdə özü, keçdiyi yol və seçki platforması barədə məlumat verib.

Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpasının tarixi əhəmiyyətinə toxunub, eyni zamanda qarşıda duran və həlli vacib olan məsələlər, iş yerlərinin yaradılması, təhsilin keyfiyyətinin artırılması, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, investisiya mühiti, məhkəmə-hüquq sistemi başda olmaqla kompleks islahatların dərinləşdirilməsi və digər məsələlər barədə fikirlərini bölüşüb.

ƏHD Partiyasının sədri həmçinin görüşdə iştirak edən seçicilərin qaldırdığı problemləri dinləyib, sualları cavablandırıb.

Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirdi - FOTOLAR Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirdi - FOTOLAR Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirdi - FOTOLAR
Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirdi - FOTOLAR Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirdi - FOTOLAR Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirdi - FOTOLAR Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirdi - FOTOLAR Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirdi - FOTOLAR Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirdi - FOTOLAR